Interposta.Info

“Şeyxi etdiyi ciddi səhvə görə cəzalandırırlar” - Paşazadə ətrafında qara buludlar

Gündəm
 18-09-2017, 18:06     10 691

"Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bütün Qafqazın şeyxi, şeyxülislam hacı Allahşükür Paşazadə ətrafında baş verən son olaylara münasibət bildirib.

BkuPost.az xəbər verir ki, o, baş verənlərin təsadüf olmadığını düşüür: "Allahşükür Paşazadənin ətrafında baş verənlər nəsə təsadüfə bənzəmir. Əvvəlcə şeyxin və qardaşının Çexiyada mülkləri və oradakı şərikləri barədə köhnə-yeni xəbərlər yayıldı. Şeyx özü dolayı şəkildə xəbəri inkar etsə də, məndə belə təəssürat yarandı ki, buna inanan az oldu.

Daha sonra şeyxin oğlunun ailəsiylə birgə Azərbaycanı birdəfəlik tərk etdiyi xəbəri yayıldı. Bu dəfə isə xəbər təkzib edilmədi. Geniş imkanları olan şeyxin oğlunun ölkəni niyə qəfildən tərk etməsinin səbəbləri aydın olmadı. Məncə, ailə içindəki müzakirələrdə qara buludların yaxınlaşdığına dair hissiyyat hakim olub. Bu xəbərin üstündən iki gün keçməmiş şeyxin qudasının oğlu həbs olundu və quda ölkənin baş prokurorunu saxtakarlıqda ittiham etdi. Elə təəsürat yaranır ki, şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar. Onda kino davam edir”.

interposta.info
“Şeyxi etdiyi ciddi səhvə görə cəzalandırırlar” - Paşazadə ətrafında qara buludlar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26