Interposta.Info

Jurnalisti təhqir edən direktor:

Gündəm
 29-08-2017, 17:01     10 542

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin direktoru Nailə Məmmədova xanım jurnalisti təhqir edib.

interposta.info
xəbər verir ki, Unikal.org xanım direktorla bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, Nailə Məmmədova həmçinin şair imiş.

Onun şeirlərindən bir neçəsini təqdim edirik:

Danışmağa nə sözümüz.

Cırmağa nə bezimiz qaldı.

Yolun sonuna çatdıq,

Günügünə qatdıq,

Özümüzü bir ömür belə aldatdıq

Başımızı qatdıq

Son dəfə. Gücüm çatana qədər çağırdım səni.

Arxana belə baxmadın,

Baxa da bilməzdin axı,

Bölünməli payımız qalmamışdı axı

Uçulub bəxtimin taxtı.

Yarımçıq yaşamaq olmur axı

Ovuclarıma alıb, sığal çəkdim boynu bükük sevgimə

Sevgim, yetim qalıbmış demə

Kəlmələrim qırıq-qırıq

Arzularımın boynu buruq,

Gülüşlərim belə buz kimi soyuq

Hər şeyi bilə-bilə inanmadım, bir gün ayrılacağıma

Bir gün sənsiz qalacağıma.

Üzümü qibləyə çevirmişəm.

Kəlmeyi şəhadətimi də demişəm,

Nəfsimə oruc tutmuşam,

Qapında səcdəyə durmuşam,

Səni özümə Kəbə bilmişəm, təvvaba gəlmişəm

Qapına hacətə gəlmişəm

Deyəsən, İbrahim məqamıma da çatmışam,

Şeytana daş da atmışam

Arzularıma çatmaya-çatmaya

İlahi, gör hansı məqama çatmışam

Qurbanlığımı qabağıma qatmışam,

Zəm-zəm suyundan da içmişəm

Sənə üz çevirmişəm.

Orucluq da bitdi, qurbanlar da kəsildi

Sən isə mənim qəsdimə qənim kəsildin".

****

Bax burda, ürəyimin başında

Ox kimi sancılıb qalmısan.

Məni məndən, agılsız ağlımı

Başımdan almısan.

Sinəmin üstündə özünə

Taxtı-tac qurmusan.

Onsuz da, kəsilən nəfəsimin yolunu

Bir də sən kəsmisən

Bəlkə də məni çoxdan unutmusan.

Mən ki səni unuda bilmədim axı

Neylərəm boş qalmış tacı-taxtı

Sökürəm sinə divarımı, çıx ürəyimdən

Sök apar ürəyimdən taxtı-tacını

Axı mən çəkə bilmirəm, o boyda ağrını, acını.

Yalvarıram, qəlbimdən köç.

Özünə başqa yurd yeri seç.

Burax məni, səni unutmaqçün

Baş alım gedim uzaqlara, qaranlıqlara

Quş kimi ayağımdan çəkilmişəm dara

Baş alım gedim ləpələnən sahillərə

Səndən danışım sulara.

Dərd məni uzuncə, sellər sular uzə dərdimi.

Yalvarıram çıx get, yandır işıqlarımı

Məni yırtıq-sökük xatirələrlə başbaşa qoy get

Göyün yeddi qatında, fələklə qoşa qoy get

Çıx ürəyimdən, onsuz da rahatlıq tapmazsan

Ürəyimin çırpıntısından qulaqların tutular,

Sənin belə yaşamağına mat qalmışam

Yaxşı ki, ay yazıq, salamat qalmısan”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26