Interposta.Info

SOS! Bu uşaq məhsulları xərçəngə səbəb olur - Məhkəmədə təsdiqləndi/ 417 MİLYON CƏRİMƏ

Gündəm
 22-08-2017, 18:02     10 465

ABŞ-ın "Johnson & Johnson" şirkəti, istehsal etdiyi uşaq pudrasının xərçəngə səbəb olduğu iddiası ilə qaldırılmış məhkəmə işində 417 milyon dollar təzminat ödəməyə məhkum edilib.

BakuPost.az-ın məlumatına görə, "Marja" xəbər verir ki, Los-Anceles Ali Məhkəməsi, şirkətin iddiaçı Eva Echeverria-ya 417 milyon dollar təzminat ödəməsinə qərar verib.

Echeverria, 1950-ci ildən 2016-ya qədər istifadə etdiyi pudranın yumurtalıq xərçənginə səbəb olduğunu bildirdikdən sonra cinayət işi açılmışdı.

Echeverria, şirkətin pudranı qadınlar tərəfindən gigiyena məqsədli mütəmadi olaraq istifadə edilməsinin xərçəngə səbəb olacağının fərqində olduğunu bildirib. Buna baxmayaraq şirkət, qadınları, rütubətin və qoxunun qarşısını almaq üçün körpə pudrası istifadə etməyə təşviq edib.

Echeverria-nın vəkilləri, məhkəmə qərarından məmnun olduqlarını bildiriblər.

"Johnson & Johnson"dan verilən açıqlamada isə pudranın xərçəngə səbəb olduğuna federal orqanların hökm etdiyini qeyd edərək, "Qərardan şikayət edəcəyik, çünki bizim əsl sübutumuz "Johnson's Baby" pudrasının etibarlı olduğunu dəstəkləyən elmdir" ifadələrinə yer verilib.

"Johnson & Johnson" şirkəti haqqında eyni iddia ilə ABŞ-da bşlanmış 4 min 800 məhkəmə işi var. Keçən il Missuri ştatındakı məhkəmə, şirkətin iddiaçılara 300 milyon dollar təzminat ödəməsinə qərar vermişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26