Interposta.Info

Rusiyalı nazir “İlham Əliyev tələbələrini incitmirdi”

Gündəm
 15-08-2017, 21:21     9 772

“Mən Azərbaycan prezidenti İlham Əliyevin tələbəsi olmuşam. Hələ prezident olmadığı dövrdə cənab Əliyev bizim qrupda beynəlxalq münasibətlərin tarixi üzrə seminar məşğələləri aparırdı. Biz – onun keçmiş tələbələri – indiyə kimi görüşərkən bunu xatırlayırıq”.

Virtualaz.org “Moskva-Bakı” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiyanın mədəniyyət naziri Vladimir Medinski deyib.
“O vaxt bilsəydik ki, professor Əliyev Azərbaycanın prezidenti olacaq, yəqin onun dediklərinə, öz dediklərimizə daha diqqətlə yanaşardıq. Lakin o zaman – sovet illərində bunu təsəvvür belə etmək mümkün deyildi. Dəqiq deyə bilərəm ki, professor Əliyev tələbələrini incitmirdi (gülür), onlara həmişə xoş yanaşırdı”, – Medinski deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26