Bakı metrosunda həyəcanlı anlar - Sərnişinlər içəridə qaldı

Bu gün metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb.
interposta.info milli.az-a istinadən verdiyi xəbərə görə, səhər saat 08:45 radələrində metronun “Nərimanov” stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb.
Bütün vaqonların sərnişinlə dolu olduğu qatar gəldiyi kimi də “Gənclik” stansiyasına yol alıb.
Sərnişinlər arasında təşvişə səbəb olan hadisənin texniki nasazlıqdan baş verdiyi ehtimal edilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26