Interposta.Info

31 yaşlı azərbaycanlı Gürcüstanda nazir müşaviri təyin olundu

Gündəm
 24-06-2017, 13:51     715

İyunun 23-də 31 yaşlı soydaşımız Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri təyin olunub.

interposta.info
APA-ya istinadən məlumatına görə, Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində işləyən A. Məmmədov Kvemo Kartli üzrə dövlət müşaviri vəzifəsində çalışacaq.

Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini, həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib. Evlidir. Bir oğulu var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26