Interposta.Info

Ərdoğandan Azərbaycan mediasına Qarabağ açıqlaması - azərbaycanlı jurnalist Türkiyə prezidenti ilə bir arada

Gündəm
 24-06-2017, 07:24     776

interposta.info xəbər verir ki, Azərbaycan media mənsublarının, o cümlədən “Yeni Müsavat”ın müxbirinin də daxil olduğu nümayəndə heyətinin Türkiyə səfərinin növbəti günündə jurnalistlər prezident Rəcəb Tayyib Ərdoğanla bir araya gəlmək imkanı əldə ediblər.

Hətta Azərbaycana özəl münasibət bəsləyən qardaş ölkə prezidenti protokolda nəzərdə tutulmadığı halda, Qarabağ məsələsi və Türkiyənin həmsədr ölkə olması ilə bağlı Azərbaycandakı istəklərlə bağlı müxbirimizin sualını qısa da olsa, cavablandırdı. Əməkdaşımızın sualına gülərək “məndən reportaj hazırlamaq istəyir”, deyə reaksiya verən Türkiyə prezidenti daha sonra Ankaranın Azərbaycanın yanında olduğunu bir daha dünyanın media mənsublarının qarşısında bəyan etdi.

“Biz Qarabağla əlaqədar Azərbaycanla eyni dildə danışır, eyni şəkildə hərəkət edirik”-cənab Ərdoğan bildirdi. Jurnaslitlərlə səmimi söhbət edən, onlarla selfi çəkdirən Türkiyə prezidenti daha sonra tribunaya qalxdı.

interposta.info
Ərdoğandan Azərbaycan mediasına Qarabağ açıqlaması - azərbaycanlı jurnalist Türkiyə prezidenti ilə bir arada

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26