Interposta.Info

Ermənistanın

Gündəm
 3-06-2017, 17:14     858

Bu gün Rusiyada ermənilər öz tarixi vətənlərindəkindən çoxdurlar - təxminən 2,5 milyondurlar.

İstipress xəbər verir ki, bunu “Exo Moskvı” radiostiansiyasının efirində Cənubi Qafqaz respublikasının Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

Ancaq İrəvanda yaşayan ekspertlər bu rəqəmi təkzib edirlər. İrəvandakı Qafqaz İnstitutunun əməkdaşı Hrant Mikaelyan hesab edir ki, Rusiyada 2,5 milyon erməninin yaşaması barədə verilən rəqəmlər düzgün deyil.

“İlk dəfə bu rəqəmi Rusiya Federasiyasının erməni icmasının liderləri bildirmişdilər. Onlar üçün bu cür rəqəmlərlə çıxış etmək yararlı idi. Bununla onlar öz nüfuzlarını artırırdılar”,- deyə Mikaelyan bildirir.

Amma ekspertin iddiasını statistika təkzib edir. Ermənistan statistika xidmətinin məlumatına görə, hər il ölkənin 33 min vətəndaşı birdəfəlik Rusiyaya mühacirət edir.

Amma qeyd edək ki, Taqanyanın dediklərini daha öncə Rusiya Federasiyasının prezidenti Vladimir Putin də səsləndirmişdi. O da demişdi ki, Rusiyada ermənilər Ermənistandakından daha çoxdur. Yəni Mikaelyanın təsvir etdiyi mənzərə Ermənistanı böyük sona daha tez yaxınlaşdırır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26