Interposta.Info

Düşmənin növbəti təxribatı -

Gündəm
 11-05-2017, 15:07     577

Son günlər davamı şəkildə cəbhəboyu təxribatlardan əl çəkməyən işğalçı Ermənistan paralel olaraq Azərbaycana qarşı təbliğat müharibəsi aparır və cəfəng iddialar irəli sürür.
Erməni medisının yaydığı məlumata görə, Azərbaycan tərəfdən açılan atəş nəticəsində “Şant” telekompaniyasının operatoru David Atoyan yaralanıb və o, əvvəlcə Xankəndinə aparılıb, daha sonra isə İrəvana aparılıb. Iddiaya görə, A.Atoyanın kifayət qədər ciddi yaralanıb. Musavat.com işğalçı ölkənin mediasına istinadən xəbər verir ki, operator mayın 10-da, saat 18 radələrində o, cəbhənin şimal istiqamətində yaralanıb.

Düşmən tərəfin iddiası ilə əlaqədar Müdafiə Nazirliyi mətbuat xidmətindən Musavat.com-a bunları bildirdilər: “Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb. Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26