Interposta.Info

Azərbaycan boşalır, əhali köçür:

Gündəm
 27-04-2017, 15:31     4 869

Biz həmişə danışmağa adət eləmişik, ancaq əməl etmirik. Azərbaycanda vəziyyət çox pisdir. Bizim insanlar mühacirət edib gedirlər.

Axar.az İran mediasına istinadla xəbər verir ki, bu sözləri İran parlamentinin Mərənd və Culfadan millət vəkili Məhəmməd Həsənnejad İnqilab Keşikçiləri Korpusunun “Aşura” diviziyasının işçi təşkilatında çıxışı zamanı bildirib.

O, vilayətdə vergi gəlirlərinin bərbad olduğunu, işsizlik sunamisinin yarandığını və əhalinin digər mərkəzi vilayətlərə köçüb getməsi problemlərinin ciddi təhlükə yaratdığını deyib:

“Azərbaycan əhalisinin sayı ölkə əhalisinin sayının yarısından daha aşağıdır. Bizim əhalı köçüb gedir. Bu, əslində soyqırım deməkdir”.

O, rəsmilərin verdiyi göstəricilərin yanlış olduğunu və bu göstəricilərin həqiqəti əks etdirmədiyini vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26