Interposta.Info

"Naz-Lifan" avtomobillərinin istehsalı dayandı

Gündəm
 19-04-2017, 07:28     696

Azərbaycanda yeganə minik avtomobilləri istehsalçısı Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb.

Marja.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin hesabatından məlum olur.

Hesabata görə, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmayıb. Səbəb, anbardakı avtomobillərin satılmaması ola bilər. Belə ki, 01.04.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 119 ədəd minik avtomobili təşkil edib.

2017-ci ilin yanvar-mart aylarında 67 ədəd traktor, 770 ədəd xüsusi təyinatlı kommunal maşınlar istehsal edilmişdir. Birinci rübdə ölkəmizdə yük avtomobilləri də istehsal olunmmışdır. Traktor, kommunal maşınlar Gəncə Avtomobil Zavodunda istehsal olunur.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

Əlavə edək ki, Azərbaycanda avtomobil satışları kəskin azaldığından idxal da minimuma düşüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26