Interposta.Info

Ermənilər Eldarın səhifəsini oğurladı,

Gündəm
 14-04-2017, 13:04     524

Ermənilər "Eurovision" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun "İnstagram" səhifəsini ələ keçiriblər.
Səhifədə erməni bayrağı, erməni terrorçu Monte Melkonyanın fotosu yayımlanıb. “Yaşasın Ermənistan, yaşasın erməni ordusu” kimi şərhlər paylaşılıb.
Musavat.com məsələ ilə bağlı müğənni ilə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında bildirib ki, hazırda səhifəsini geri qaytarmağa çalışır:
"Səhər oyandım ki, səhifəmə hücum olunub və ermənilərlə bağlı paylaşımlar edilib. Üzücü haldır. Səhifəmdə belə paylaşımlar edilməsi məni narahat edir. Hazırda səhifəmi qaytarmağa çalışırıq. İnanıram ki, tezliklə məsələ həll olunacaq və izləyicilərimlə görüşəcəyəm".

interposta.info
Ermənilər Eldarın səhifəsini oğurladı,

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26