Interposta.Info

Qubanın işdən qovulan icra başçısı üzə çıxdı

Gündəm
 13-04-2017, 16:31     562

Qubanın sabiq icra başçısı, qalmaqallı şəkildə vəzifədən uzaqlaşdırılan Rauf Həbibov bu günlərdə el arasına çıxıb.

Bakipost.az xəbər verir ki, yol verdiyi ciddi nöqsanlara görə əhalinin böyük etirazı ilə qarşılaşan və Prezidentin sərəncamı ilə işdən qovulan keçmiş başçı Bakının Əmircan kəndində keçirilən yas mərasimində iştirak edib.

R.Həbibovun doğma bacısının yas məclisinə gəldiyi və qohumları ilə görüşdüyü xəbər verilir. Məlum hadisələrdən sonra hücrəsinə çəkilən eks-başçı qohum-əqrəbası ilə də mütəmadi əlaqə saxlamırmış. Lakin bacısının vəfatı ilə əlaqədar həm dəfn mərasimində, həm hüzrdə iştirak edib. Bacısının rəhmətə getməsinə qədər isə qohumlardan heç kəslə əlaqəsi olmayıb.

Məlumatda deyilir ki, R.Həbibov Qubaya rəhbərlik etdiyi dövrdə də qohumları ilə sıx təması olmayıb. Həmin olaylar isə onu yaxınlarından daha da uzaqlaşdırıb.

Sabiq icra başçısının vəzifədən kənarlaşdırılmasından sonra uzun müddət işsiz qaldığı, lakin ötən ildən Heydər Əliyev adına Dərin Özüllər Zavodunda işlə təmin olunduğu bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26