Interposta.Info

Rusiyanın

Gündəm
 11-04-2017, 18:49     652

Dünya yeni toqquşmalarla üz-üzə-Qərb eskpertlərinin rəyi

Donald Trampın Suriyada həyata keçirdiyi ilk əməliyyat onun prezidentliyi dövründə münasibətlərin düzələcəyinə ümid bəsləyən rusları ən yaxşı halda pərt vəziyyətə saldı.


Qərb mətbuatı bundan sonra baş verəcəklərin ətrafında baş sındırır.

“The New York Times” dövlət katibi Reks Tillersonun Rusiyanın Əsəd rejiminin kimyəvi silah işlətməsinə mane olmadığı üçün “səriştəsiz dövlət “adlandımasına, habelə Rusiyanın Avropadakı seçkilərə təsir göstərməklə bağlı ittihamlarına diqqət çəkib.

“Bütün bu bəyanatlar ABŞ və Rusiya arasındakı münasibətlərin “normaya”, çaxnaşmalara, etimadsızlığa və bir-birinin nüfuzunu sarsıtmaq siyasətinə geri dönüş deməkdir”, - məqalə müəllifi Devid Sencer yazır.

“Bu qaçılmaz idi, Milli Təhlkəsizlik Şurasının keçmiş əməkdaşı, Yaxın Şərq üzrə ekspert Filip Qordon müəllifə bildirir,- “Trampın dostluq təşəbbüsləri bizim maraqlarımıza zidd təşkil edirdi və bunun yaxşı sonluqla bitməyəcəyi əvvəlcədən idi”...

Məqalə müəllifi Trampın Suriya ilə bağlı mövqeyini hələ qətiləşdirmədiyini də yazıb.

Yazıda ABŞ rəhbərliyinin hələ də Əsəd rejimini zora devirmək fikrindən uzaq olduğu göstərilib.
Rusiyanın

“Hər halda Liviyada hakimiyyətin zorla dəyişdirilməsinin hansı nəticələrə gətirib çıxardığını hamınız gördünüz”, - qəzet təhlükəsizlik məsələləri üzrə müşavir Makmasterdən sitat gətirib.

“Bütün bunlar Trampın Suriya üzrə daha miqyaslı strategiyasının mövcud olmadığını göstərir”, - məqalədə qeyd olunur.

“Rusiya və ABŞ: qeyri-müəyyənlik erasının başlanğıcı”- Almaniyanın “Tagesspiegel” qəzetinin başlığı belədir.

“Rusiya və ABŞ arasına münasibətlər qeyri-müəyyənlik mərhələsinə qədəm qoyur. Vaşinqton Suriyaya endirdiyi raket zərbəsi ilə Moskvanı çıxılmaz vəziyyətə qoydu. Ağ Evin bu addımı Rusiyanın Suriyada əsas oyunçu olmaq barədə hədəflərinə kölgə saldı”, - məqalə müəllifi, Kerber fondunun Yaxın Şərq və Rusiya üzrə ekspert Liliana Fors yazır.

“ABŞ-ın raket zərbələrinin simvolik və ya hərbi-taktiki səciyyə daşıdığı hələ aydın deyil. Lakin əminliklə bu aktın Rusiyanın Suriyada öncül rol oynamaq niyyətlərinin üstündən xətt çəkdiyini qeyd etmək olar”, - ekspert bildirib.

“Donald RİP: Rusiya ilə roman ölü elan edilir: Britaniyanın “The Times” qəzeti bu cür başlıq atıb.

“Trampın Suriyaya atdığı raketlər onun seçilməsinin Kremlin həyati maraqlarına cavab verdiyi, habelə iqtisadi sanksiyaların götürülməsindən tutmuş, Krımı Rusiyanın tərkibində tanımasına qədər bütün gözləntiləri üzərində istehzaya çevrildi, - müəllif Mark Bennets yazır.

Bennets Rusiyanın buna cavab olaraq yeni hərbi təlimlərə başlayacağını, Suriyadakı amerikanpərəst güclərə qarşı tammiqyaslı müharibəyə start verəcəyini, habelə Ukraynanın şərqindəki işğal etdiyi bölgələri müstəqil subyekt kimi tanıya biləcəyini düşünür.

“Le Monde” qəzetinin yazarı İzabel Monro da Kremlin Tramp barədə gözləntilərinin puça çıxması barədə Mark Bennetslə eyni mövqeni ifadə edib.

Rusiyanın

Müəllif bununla bağlı müxtəlif rusiyalı fikir adamlarından sitatlar gətirib:

“ABŞ administrasiyası dəyişir, lakin müharibənin qızışdırılması metodları olduğu kimi qalır”, - Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.

“Bu Obama, Klinton və Makkeynin siyasi revanşıdır”, - Federasiya Şurasının komissiyasının sədri Aleksey Puşkov qeyd edib.

Moskva Karnegi mərkəzinin analitiki Andrey Kolesnikov isə son hadisəni “düşmənin qayıdışı” kimi qiymətləndirib.

Strateji dəyərləndimrələ institutunun prezidenti Aleksandr Konovalov isə Rusiyanın Donald Trampla bağlı çəhrayı ümidlərinin söndüyünü etiraf edib”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26