Interposta.Info

Cahangir Hacıyevlə Beynəlxalq Bankı talayan abxaz oliqarx Moskvada həbs olundu

Gündəm
 31-03-2017, 07:26     554

Moskvada abxaz oliqarx Levan Tujba Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında həbs olunub

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mənbələri hüquq-mühafizə orqanlarına istinadən bildirir.

Levan Tujbanın Azərbaycan DİN-in sorğusu əsasında həbs olunduğu xəbər verilir, o, “Mistral Alko” şərab idxalçısı firmasının direktorudur.

Bundan əvvəl Levan Tujba iri məbləğdə yeyintilərə və mənimsəmələrə görə axtarışa verilmişdi. Söhbət Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar vəsaitinin Levan Tujba tərəfindən kredit kimi alınaraq mənimsənilməsindən gedir.

Levan Tujbanın Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevlə cinayətkar əlaqələrinə dair bundan əvvəl araşdırmalarla çıxış etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26