Interposta.Info

Astan Şahverdiyev yenə “quş” buraxdı

Gündəm
 20-03-2017, 10:20     2 369

interposta.info xəbər verir ki, “Ölkə.Az”-ın məlumatına görə, deputat Astan Şaverdiyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı hökumətin mart ayında hesabat verməsini bu cür ifadə edib:

“Deputat seçildiyim zamandan bu günə kimi Azərbaycan hökumətinin hər ilin mart ayında Milli Məclisdə hesabat verməsi artıq bir ənənə halını alıb və indi də davam edir. Biz bunun bu gün də şahidiyik”.

Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq Milli Məclisin yaz sessiyasının 5-ci iclasında hökumət illik hesabat verir. Yaz sessiyasının sonuna yaxın isə dövlət büdcəsinin icrası ilə bağlı hesabatı təqdim edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26