Interposta.Info

Sumqayıtın "ölüm avtobusları" iş başında -

Gündəm
 11-03-2017, 16:49     606

Sumqayıtın "ölüm avtobusları" iş başında -

İki gün öncə Bakı-Sumqayıt yolunun Masazır dairəsindəki körpünün üstündə sərnişin daşıyan mikroavtobusun qəzaya düşməsi nətimcəsində 5 nəfər hadisə yerində, 1 nəfər xəstəxanda həyatını itirib, 20 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən sonra məlum oldu ki, bu mikroavtobus da qanunsuz fəaliyyət göstərir. Qəza ilə bağlı açıqlama verən dövlət qurumları isə məsuliyyəti bir-birinin üzərinə atır. Lakin baş verən faciədən heç kim dərs götürmədi, tədbir görmədi.

Belə ki axşam saatlarında "Qaynar"-ın əmkdaşı metronun 20 yanvar stansiyasında bu mikroavtobusların yenidən fəaliyyət göstərdiyinin şahidi olub. Tez-tez qəzalara səbəb olan bu "ölüm avtobusları" öz işlərini maneyəsiz davam etdirir.

Bu gün "Qaynar"ın əməkdakı Sumqayıt avtovağzalında olub. Və məlum olub ki, artıq insanların "ölüm avtobusu" adlandırdığı mikroavtobuslar yenə də iş başındadır. Sumqayıt avtovağzalında heç bir maneəsiz sərnişin yığıb Bakıya gəlir və geri qaydırlar.

Əməkdaşımız avtovağzalın dispeçiri ilə bu barədə danışıb. Sual edib ki, bu mikroavtobusların istifadəsi qadağan edilib, bəs necə işləyirlər? Cavab isə "Elə şey yoxdur. Hamısının icazəsi var" olub.

Beləliklə, cəmi 2 gün əvvəl 6 nəfərin həyatına son qoyan, onlarla insanın yaralanmasına səbəb olan "ölüm avtobusları" öz işini davam etdirir. Təəssüf ki, dövlət qurumları həmişki kimi insanların həyatına biganə yaşayır, qəbul olunan qanunların həyata keçirilməsinə səy belə göstərmirlər. Allah bizi növbəti faciələrdən qorusun!

interposta.info
Sumqayıtın "ölüm avtobusları" iş başında -
Sumqayıtın "ölüm avtobusları" iş başında -
Sumqayıtın "ölüm avtobusları" iş başında -
Sumqayıtın "ölüm avtobusları" iş başında -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26