Interposta.Info

Düşmən tankı havaya UÇURULDU -

Gündəm
 2-03-2017, 12:47     1 495

Düşmən tankı havaya UÇURULDU -

Azərbaycan ermənilərin ön xəttə çıxarmaq istədiyi zirehli texnikanı məhv etdi

Dünən axşam saatlarında düşmən tərəfi təmas xəttində zirehli texnika ilə manevr edərək, Azərbaycan Ordusuna qarşı əzələ nümayişi etmək istəyərkən sürprizlə qarşılaşıb. Belə ki, ön xəttə çıxarılan tank ekipajı "avtoşluq" etmək istəyib. Erməni hərbçilərinin də içində olduğu tank əsgərlərimiz tərəfindən məhv edilib. Ermənistan Müdafiə Nazirliyi ictimaiyyətdən tankın vurulma xəbərini və içində məhv olunan üç nəfər muzdlu döyüşçünün ölüm xəbərini gizlətsə də, artıq bu xəbər dünən gecədən Ermənistana ildırım sürəti ilə yayılıb.

Düşmənin bu hərəkəti ilə üzbəüz dayanan Azərbaycan Ordusunun əsgərlərinə psixoloji təsir etmək istəyib. Çox şübhəsiz ki, bu "taktika" tankın içindən salamat çıxa bilməyən 3 nəfər xaricdən gətirilmiş muzdlu döyüşçülərin ideyası olub...

Miq.Az-ın məlumatına görə, Müdafiə Nazirliyi Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab verib. Cavabda deyilir:

"Qoşunlarımız sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır.

Fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib.

Son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir".

interposta.info

Düşmən tankı havaya UÇURULDU -
Düşmən tankı havaya UÇURULDU -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26