Interposta.Info

Bakıda öldürülən terrorçulardan

Gündəm
 4-02-2017, 07:33     786

Bakıda öldürülən terrorçulardan

Bakıda öldürülən terrorçulardan biri Xaçmaz rayonunun Xudat şəhərində qeydiyyatdadır

Xəbər verildiyi kimi, yanvarın 31-də DTX-nın keçirdiyi xüsusi və uğurlu əməliyyat zamanı radikal dindarlar “Abu Hafsa” ləqəbli M. Ulubəyov, “Abdulqərib” ləqəbli Q. Dəmirov, T. Alməmmədov, “Əbdülxalid” ləqəbli F. Sadıqov və “Abdullah” ləqəbli S. Məmmədov avtomat və tapancadan atəş açmaqla birgə silahlı müqavimət göstərmişlər. Onlar xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv ediliblər. F. Sadıqov isə şübhəli şəxs qismində saxlanılıb.
“Şimal xəbərləri”nin əməkdaşının apardığı araşdırmalar zamanı məlum olub ki, “Abu Hafsa” ləqəbli Məhəmməd Ulubəyov Xaçmaz rayonunun Xudat şəhərində anadan olub və orada qeydiyyatdadır. O, son vaxtlar Qusar rayonunda qayınatasının evində yaşayıb. Məhəmməd Ulubəyovun Xudat şəhərindəki “zavod evləri” adlanan ərazidə də evi var. Xudatdan aldığımız məlumata görə, “Abu Hafsa” ləqəbli Məhəmməd Ulubəyov qatı xavaric olub, tez-tez Xudata gəlib və burada da fəaliyyət göstərib.
İlkin məlumata görə, Məhəmməd Ulubəyovun sabah dəfn ediləcəyi gözlənilir.
interposta.info qeyd edək ki, bunlar ilkin məlumatlardır və dəqiqləşdirmələr davam edir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26