Interposta.Info

Gülay prezidentin övladları ilə -

Gündəm
 29-01-2017, 12:05     825

Gülay prezidentin övladları ilə -

Müğənni Gülay Zeynallı sosial şəbəkədə yeni fotolarını paylaşıb

interposta.info axşam.az-a istinadən xəbər verir ki, şəkildə ölkə başçısı İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, oğlu Heydər Əliyev yer alıb.


Şəkil İsveçrənin Sankt Moritz şəhərində baş tutan 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılış mərasimində lentə alınıb.

Yanvarın 27-dən 29-dək təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.

Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarında Azərbaycanı təqdim edən “Land of Fire” loqotipi istifadə edilib.

interposta.info

Gülay prezidentin övladları ilə -
Gülay prezidentin övladları ilə -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26