Interposta.Info

Bu səlahiyyət

Gündəm
 27-01-2017, 11:32     866

Bu səlahiyyət

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”na əsasən iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməlidir.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 iyul tarixli 1004 nömrəli fərmanına əsasən bu sahədə səlahiyyətli orqanlar dəyişib. Bununla əlaqədar qaydaya edilən dəyişikliyə görə, iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Daxili İşlər Nazirliyinin və Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin nəzarət məntəqələrində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə birlikdə yoxlanılacaq.

Qaydaya əsasən, indiyə qədər yük göndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilib və nəqliyyat vasitəsinin hərəkətinə yalnız bundan sonra icazə verilib. Dəyişikliyə əsasən, bundan sonra yük göndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı dövlət büdcəsinə ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi məhkəmə qaydasında tələb ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26