Interposta.Info

Hərbi Dəniz Qüvvələrinin Komandanı işdən çıxarıldı -

Gündəm
 25-01-2017, 14:57     801

 Hərbi Dəniz Qüvvələrinin Komandanı işdən çıxarıldı -
Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti işdən çıxarılıb.

Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə Hərbi Dəniz Qüvvələrinin Komandanı 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə tuduğu vəzifədən azad olunub.

Maraqlıdır ki, onun vəzifədən bir neçə gün əvvəl çıxarıldığı bildirilsə də bu barədə ictimaiyyətə məlumat verilməyib.

Məlumata görə, Hicran Rüstəmzadə vəzifədən çıxarıldıqdan sonra ordudan təxris olunub. Hazırda Hərbi Dəniz Qüvvələrinin komandanlığına yeni təyinat yoxdur.

Məlumatı dəqiləşdirmək üçün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə əlaqə saxlasaq da, həmişəki kimi telefonla sualları cavablandırmaqdan yayındı. Hər halda sualımızı eşidən hörmətli Vaqif Dərgahlı onu təkzib etmədiyi üçün dərc etmək qərarına gəldik.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26