Interposta.Info

General bu vəzifəni

Gündəm
 25-01-2017, 09:44     850

General bu vəzifəni

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.

Bu barədə Report-un sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb", - DİN-dən bildirilib.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26