Interposta.Info

Trampın azərbaycanlı dostları Qarabağ problemini həll etdirəcək? -

Gündəm
 24-01-2017, 11:59     808

Trampın azərbaycanlı dostları Qarabağ problemini həll etdirəcək? -

"The Washington Times” qəzetində ABŞ-ın 45-ci prezidenti Donald Tramp və Qarabaş münaqişəsi ilə bağlı dərc edilən yazı müzakirələrə səbəb olub.

"Caspian Group Holdings”in direktoru Rob Sobhaninin "Trampın Nobel mükafatı: Azərbaycan ilə Ermənistan arasında sülh bütün tərəflərin maraqlarına cavab verir” sərlövhəli məqaləsində yeni prezidentin Qarabağ münaqişəsini həll edərək Nobel sülh mükafatını ala biləcəyi qeyd olunub.

Bəs Tramp illərdir ki, Qafqazın əsas problemlərindən olan Qarabağ məsələsini həll edə bilərmi? Donald Trampın azərbaycanlı dostlarının bu işdə hansısa rol oynamaq ehtimalı varmı?

interposta.info xəbər verir ki, BakiPost.az-ın əməkdaşı bu suallarla politoloq Qabil Hüseynliyə müraciət edib. Siyasi şərhçi hesab edir ki, Tramp Dağlıq Qarabağ münaqişəsində hansısa irəliləyişə nail ola bilməz: "Hazırda Qarabağ məsələsinin həlli bütünlüklə Rusiyanın əlindədir. Bu, ABŞ və Rusiya arasında böyük mübarizə deməkdir. Düzdür, Tramp Dağlıq Qarabağ məsələsi ilə bağlı öz fikrini açıqlamayıb. Amma düşünürəm ki, ABŞ Qarabağ məsələsində Rusiya ilə hər hansı bir mübarizəyə girişməyəcək.

Əlbəttə bu məsələnin dünya hüquq normalarına uyğun tənzimlənməsinə çalışsa, bu, dünyada ictimai qayda-qanunun qorunub saxlanmasında böyük rol oynaya bilər. Amma bu məsələyə görə Rusiya ilə üz-üzə gələcəyini demək mümkün deyil”.

Donald Trampın azərbaycanlı dostları ilə bağlı məqama toxunan politoloq maraqlı mövqe sərgiləyib:
"Trampın azərbaycanlı dostları olsa da, onlar bu əlaqələrindən istifadə edib Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişə nail ola bilməzlər. Çünki demək olar ki, azərbaycanlıların çox bir qismi həmişə şəxsi maraqları naminə çalışırlar. Azərbaycanlılar həmişə istənilən məsələdə - vəzifədən tutmuş dostluq əlaqələrinə kimi hər şeydə milli maraqlar xətrinə deyil, bir az şəxsi mənafeləri üçün çalışırlar. Siyasət isə ayrı şeydir. Bu məsələləri biznes işlərinə qarışdırmaq olmaz. Həmçinin Tramp da artıq biznesdən çəkildiyini elan edib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26