Interposta.Info

Ərdoğanın baş müşaviri

Gündəm
 23-01-2017, 12:53     719

Ərdoğanın baş müşaviri
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra ANS telekanalının xuntaçıları dəstəkləməsi kanalın Azərbaycan dövləti tərəfindən bağlanması ilə nəticələnmişdi

Eyni zamanda, çevrilişə cəhddən bir gün sonra Pensilvaniyada yaşayan və çevrilişə cəhddə təqsirləndirilən FETÖ terror şəbəkəsinin rəhbəri Fətullah Güləndən müsahibə aldığı üçün Azərbaycana qayıtdıqdan sonra ölkədən çıxışına qadağa qoyulan ANS telekanalının jurnalisti Qənirə Ataşovanın bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək ona yardımçı olmasını xahiş etdiyi məlumatı yayılıb.

interposta.info xəbər verir ki, məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat üzrə baş müşaviri Yalçın Topçu Ölkə.Az saytına verdiyi müsahibədə bu barədə sualı cavablandırarkən bildirib ki, FETÖ məsələsində prezidentlərin mövqeyi eynidir:

"Belə bir müraciət olsaydı xəbərim olardı. Bu barədə məndə heç bir məlumat yoxdur. Digər tərəfdən isə cənab Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz aralarında bir-birinə “qardaşım” deyə müraciət edirlər. Ona görə də prezidentlərimizin FETÖ məsələsi ilə bağlı mövqeləri də eynidir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26