Interposta.Info

Nazir "Beko Rəşad"ı cəzalandırdı -

Gündəm
 19-01-2017, 18:39     1 027

Nazir "Beko Rəşad"ı cəzalandırdı -
Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan yol polisi əməkdaşı işdən qovulub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis zabiti, daha çox "Beko Rəşad" kimi tanınan Rəşad Nağıyev Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib.

Buna səbəb kimi Rəşad Nağıyevlə bağlı şikayətlərin son vaxtlar daha da artması göstərilir. Bildirilir ki, sürücülər tərəfindən DİN rəhbərliyinə edilən müraciətlərdə DYP əməkdaşının qanunsuz hərəkətlərindən, sürücüləri "avtoş" adı ilə incitməsindən bəhs olunub, onun rüşvət alması halları qeyd edilib.

Rəşad Nağıyev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26