Interposta.Info

Bakıdakı “Dəmirçi Tauer”də atışma:

Gündəm
 7-01-2017, 15:15     740

Bakıdakı “Dəmirçi Tauer”də atışma:

14:23

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

interposta.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən İraq Hava Yollarının ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

**

Silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26