Interposta.Info

.

Gündəm
 6-01-2017, 23:49     747

.



















interposta.info-a Kərimov Tural Vaqif oğlu müraciət edərək başına gələnləri belə söylədi.

Bakı şəhər sakini, Kərimov Tural Vaqif oğlu başına gələn bədbəxt hadisə nəticəsində yataq xəstəsi olduğunu deyir.

Tural başına gələn bədbəxt hadisəni belə xatırlayır:

“Bakıda fəhlə işləyirdim. İşdən evə gedərkən qəza nəticəsində xəsarət aldım və Bakının “semoşka” xəstəxanasına çatdırıldım. 1 ay komada qaldım. 12 dəfədən çox əməliyyat olmuşam. Arxa sümüklərimdən, qarın deşikərindən və yan hissələrimdən əməliyyat oldum. Əməliyyatları, dərmanları və sistemləri öz hesabımıza etmişik. Hazırda evimizi satmışıq. Ayaqda tas, sidik kisəmdəki daş və kəsilmiş-deşilmiş, bədənimdə olan çirklə bağlı əməliyyatlarımı etmək üçün Astarxan şəhərinə gəlmişik. Astarxanda atam və anamla kirayə qalırıq.”
Turalın bildirdiyinə görə, işdən evə gedərkən iş yoldaşlarının olduğu maşınla avtobus toqquşub. Nəticədə maşında olan şəxslər xəsarət alıblar. Onun çanaq nahiyyəsindəki zədənin bərpası üçün Almaniyadan xüsusi süni çanaq gətirilməli, əməliyyatı isə Astarxan şəhərində keçirilməlidir. Bu əməliyyatın reallaşdırılması üçün Kərimovlar ailəsinə böyük məbləğda vəsait lazımdır. Hazırda Tural Kərimov ailəlidir və bir qız övladı var.

“Aleksandra” xəstəxanasının urologiski addelenyasında 2 ay yatmışam. Həkimlərin rəyinə görə əvvəl ayaqdan əməliyyat olunmalıyam. Daha sonra Allahın köməkliyilə böyrək və bağırsaq əməliyyatlarına getməliyəm. Ayaq əməliyyatında sümüyümə tas qoyulmalıdı. 3 ay orda olmalıyam. Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım artıq satdığımız evin pulu qurtarıb. İmkanımız yoxdu ki, iynə-dərmanlarımı alaq. Allahın köməkliyilə sizin maddi dəstəyinizə çox ehtiyacim var. Mənim bir qız övladım var. Adı Yağmurdu. Körpəmə xatir mənə yardım edin. Qızım boynu bükük qalmasın. Astarxan şəhərinə gələndən qızımın səsini skayp-da eşidirəm. İcazə ərizəsi yazım qızım yanıma gələ bilsin. Təəssüf ki, onuda edə bilmirəm. Əvvəlcədən ailəm adından təşəkkürümü və minnətdarlığımı bildirirəm. Hörmətlə və ümüdlə Kərimov Tural Vaqif oğlundan...”

Əlaqə nöməsi: +79673347088

interposta.info


Tural Kərimovun video müraciətin təqdim edirik:


.
.
.
.
.
.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26