Interposta.Info

Sahibkarı

Gündəm
 5-01-2017, 18:32     712

Sahibkarı

“Mərdəkanda bağ evində idim. Telefon danışığından başa düşdüm ki, harada olduğumu dəqiq bilir. Çünki “gəl, trasda səni gözləyirik” dedi. O zamana qədər heç vaxt rastlaşmasaq da, barəsində zərgərlərin “qanını içən” adam olduğunu eşitmişdim”

Bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan sahibkar Mübariz Paşayev deyib.

Zərərçəkmiş qismində istintaq zamanı dindirilən Mübariz Paşayev bildirib ki, 1991-ci ildən etibarən ailəsi ilə birgə Bakı şəhərində yaşayıb, Mərkəzi Univermağın zərgərlik sexində işləyib. Eyni zamanda, 2008-ci ildən zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olaraq Hindistandan və Dubaydan brilyant daşlar alıb gətirərək Mərkəzi və “Moskva” univermağındakı icarəyə götürdüyü mağazalarda satıb. 2010-cu ilin noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün Dubaya gedib, 580 min dollar dəyərində brilyant gətirib: ”Həmin daşlar 2 min karat idi. Bu işlə mütəmadi məşğul olurdum, hindistanlıların firmasında mənə etibar edirdilər. Ona görə də, daşları mənə nisyə vermişdilər, satıb pulunu qaytaracaqdım. Dubayda yaşayan və zərgərliklə məşğul olan Arazla görüşdüm, ona bu qədər brilyantın rüsumunu ödəməyə imkanım olmadığını dedim. Araz da dedi ki, bir hissəsini özün apar, bir hissəsini də mən yollayaram”.
Sahibkarı


Sahibkar 300 min dollar dəyərində brilyantları özü ilə Bakıya gətirdikdən təxminən 20 gün sonra ona MTN əməkdaşı Fizuli Əliyev zəng vuraraq şam yeməyinə dəvət edib, küçədə gözlədiyini deyib: ”Mərdəkanda bağ evində idim. Danışığından başa düşdüm ki, harada olduğumu dəqiq bilir. Çünki mənə “gəl, trasda səni gözləyirik” dedi. O zamana qədər Füzuli ilə heç vaxt rastlaşmamışdım, üzünü görməmişdim. Onun barəsində zərgərlərin “qanını içən” adam olduğunu eşitmişdim”.

MTN əməkdaşının zəngindən sonra sahibkar qaynı Ramin Nəzərovla birlikdə küçəyə çıxıb. Yolda ağ rəngli “Toyota Prado” avtomaşının dayandığını, içərisində iki nəfər tanımadığı şəxs olduğunu görüb. Sükan arxasında əyləşən özünü Fizuli Əliyev kimi təqdim edib, onlarla birlikdə şam yeməyinə getməyi təklif edib. F.Əliyevin yanındakı Natiq Alıyev maşından düşüb, M.Paşayev onun yerində oturub. M.Paşayevin öz maşının açarını N.Alıyevə verib, qaynı Ramin də onun yanında əyləşib. Bundan sonra yola düşüblər. Yolda gedərkən F.Əliyev Dubayda zərgərlik fəaliyyəti ilə məşğul olan Arazın işçisi Azəri “Koroğlu” metro stansiyasının qarşısında tutduqlarını, ona görə də, MTN-ə getmək lazım olduğunu bildirib. MTN-in binasına çatanda qaynı Ramini buraxıblar, onu isə ikinci mərtəbəyə qaldırıblar. Elə oradaca Arazın işçisi Azərlə rastlaşıb: ”Azər divanda oturmuşdu. Onu bir o qədər yaxından tanımıram. Məlum oldu ki, Araz ona verdiyim brilyantları Bakıya gətirmək üçün Azərə verib. O da MTN əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman Azər brilyantların mənə məxsus olduğunu deyib. MTN-də izahatımı alanda dedilər ki, səni də tutacağıq, mallarsa müsadirə olunacaq. Gecə məni bir otaqda, Azəri isə o biri otaqda saxladılar. Kabinetə salmışdılar, həyəcandan, qorxudan səhərə kimi yata bilmədim”.
Sahibkarı


Səhər tezdən F.Əliyev sahibkarın yanına gələrək buraxılması üçün 1 milyon dollar və Dubaydan gətirdiyi 580 min dollarlıq brilyantları tələb edib. Əks təqdirdə, həbs olunacağı və mallarının müsadirə ediləcəyini bildirib. M.Paşayev “maddi imkanım yoxdur, malları borca götürmüşəm” desə də, xeyri olmayıb. Uzun sövdələşmələrdən sonra razılığa gəlirlər. Belə ki, M.Paşayev 280 min dollar dəyərində brilyantların müsadirəsi olunmasına, özü gətirdiyi 300 minlik qaş-daşları isə MTN əməkdaşlarına verməsinə razılaşıb. Ortaq razılığa gəldikdən sonra MTN əməkdaşları ilə birgə sahibkarın iş yeriə yollanıblar. Seyfdə saxlanılan brilyantları Fizuli Əliyevlə Natiq Alıyevə verib. Həmin vaxt F.Əliyev kiminləsə telefonla danışıb, bundan sonra 300 min dollarlıq brilyantları qaytarıb, yalnız 280 minlik daş-qaşları götürüb: “Fizuligil daş-qaşları əlimdən aldıqdan sonra Nərimanov rayonundakı 200 min dollar dəyərində evimi satdım”.(Virtualaz.org)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26