Interposta.Info

Başına 1 milyon qoyulan

Gündəm
 5-01-2017, 11:43     684

Başına 1 milyon qoyulan

Yunanıstanda tanınmış terrorçu qadın həbs edilib

interposta.info qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin antiterror xidməti 48 yaşlı Panayota Rupanı həbs edib.

Məlumata görə, Rupa dünən səhər saatlarında Afinanın cənub hissəsindəki evlərdən birində tutulub. Onun həbs edildiyi evdə azyaşlı uşaq və 25 yaşlı qadın da olub. Gənc qadın cinayətkarı gizlətməkdə şübhəli bilinərək saxlanılıb.

Qeyd edək ki, Panayota Rupa məşhur yunan terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, əri ilə birgə "İnqilabi mübarizə" adlı anarxist terror təşkilatının üzvü olub. Nikos Maziotis 2014-cü ildə paytaxt Afinada ələ keçirilsə də, Panayota Rupanı tutmaq mümkün olmamışdı. Xüsusi axtarışa verilən terrorçular siyahısında olan Rupaya görə 1 milyon avro mükafat təyin edilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26