Interposta.Info

Mosulda dəhşət:

Gündəm
 3-01-2017, 06:42     1 109

Mosulda dəhşət:

İŞİD Mosulda dəhşətli terror aktı törədib.

Mosulda Həzrət Yunus peyğəmbərin qəbri partladılıb.

İraqın Mosul şəhərinə nəzarət edən İŞİD terrorçuları Yunus peyğəmbərin türbəsini və məscidi partladıb. 3 həftə əvvəl də terrorçular Yunus peyğəmbərin qəbrini raketlə partlatmışdılar. İraqda bəzi şəhərləri ələ keçirən terrorçular dinə uyğun olmadığı iddiası ilə bir çox türbələri partladırlar. Mosulda isə Həzrət Yunus peyğəmbərin türbəsi dinamitlə partladılıb.

Partlayışdan əvvəl terrorçular türbənin ətrafındakı əraziləri boşaldıblar. Partlayışdan türbənin yanındakı bəzi evlər də ziyan çəkib. Dünən isə terrorçular Mosudakı 1400 illik İmam Yəhya Əbül Qasım məscidini dağıtmışdılar./ölkə.az

Qeyd edək ki, Həzrət Yunus peyğəmbərin türbəsi eramızın 700-cü illərində inşa edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26