Interposta.Info

16 yaşlı azərbaycanlı qızın İstanbul faciəsi -

Gündəm
 2-01-2017, 22:40     1 135

16 yaşlı azərbaycanlı qızın İstanbul faciəsi -

16 yaşlı azərbaycanlı qız Aytən Yolçuyeva İstanbulda itkin düşüb.

İstiPress-in məlumatına görə, Müge Anlı ile Tatlı Sert proqramına qatılan Aytən Yolçuyevanın atası baş verən hadisələri danışıb. Azərbaycanda böyüdüyü kənddən qızını İstanbula aparan ata Kənan Yolçuyev onu toxuculuq fabrikində işə düzəldib. 16 yaşlı qız bir az sonra İstanbul küçələrində itib. Aytən Yolçuyevadan 18 gündür ki, xəbər yoxdur. Kənan Yolçuyev Aytən Yolçuyevanın anasından ayrılıb, ikinci dəfə evlənib. Buna görə, Aytən kənddə nənəsinin yanında böyüyüb.
16 yaşlı azərbaycanlı qızın İstanbul faciəsi -


Aytən Yolçuyevanın atası Kənan Yolçuyev bildirib: “Qızım qaz balonu doldurmağa getmişdir. Orada bir xanım “burada qaz balonu doldurmayın”deyib. Bunun ardınca mənim qızım baqqalın köməkçisinə - həyatım sən doldur bu qadına fikir vermə deyib. Baqqal köməkçisi isə əvəzində mənə həyatım demə söyləyib. Ondan sonra qızım dükanın yanındak küçə boyunca getmiş. Daha sonra ondan xəbər alan olmayıb. Ən son görəndə baqqalın köməkçisidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26