Interposta.Info

Gürcüstanda təhlükəli virus aşkarlanıb

Dünya
 1-06-2026, 11:56     237

Gürcüstanda təhlükəli Denqe virusuna yoluxma halı aşkarlanıb.

Bu barədə Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

Onun sözlərinə görə, Denqe diaqnozu ötən həftə bir nəfərdə təsdiqlənib.

Çxaidze virusa yoluxmuş şəxsin vəziyyəti barədə məlumat açıqlamayıb.

Qeyd edək ki, Denqe qızdırması ağcaqanad sancmaları vasitəsilə ötürülən virusdur, dünyanın tropik və subtropik ərazilərində geniş yayılıb. Gürcüstanda bu virus 2013, 2016 və 2017-ci illərdə də qeydə alınıb./apa

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26