KİV: Tramp İrana qarşı müharibəni yenidən başlatmağı ciddi şəkildə düşünür
ABŞ prezidenti Donald Tramp getdikcə İrana qarşı tammiqyaslı hərbi əməliyyatı yenidən başlatmağı düşünür.
Goldmedia.az APA-ya istinadən xəbər verir ki, bu iddia ilə CNN telekanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Hörmüz boğazının bağlı qalmasının davam etməsi, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməkdən imtina etməsi ilə bağlı getdikcə səbrini itirir.
ABŞ administrasiyasının rəhbəri bunu İran hakimiyyəti daxilində iddia edilən fikir ayrılıqları ilə əlaqələndirir.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

