SON DƏQİQƏ! Qalibaf ABŞ-yə meydan oxudu - HƏRƏKƏTƏ KEÇSƏK...
Musavat.com xəbər verir ki, spiker bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Qalibaf qeyd edib ki, Hörmüz boğazındakı yeni vəziyyət tədricən stabilləşir:
"Atəşkəsin pozulması və blokadanın tətbiqi səbəbindən ABŞ və müttəfiqləri tərəfindən həyata keçirilən gəmiçilik və enerji resurslarının tranzitinin təhlükəsizliyi təhdid altına düşüb. Lakin onların vurduğu zərər getdikcə azalacaq".
İran rəsmisi həmçinin vurğulayıb ki, mövcud vəziyyətin saxlanılması Vaşinqton üçün qəbulolunmazdır.
Spiker paylaşımını bu sözlərlə tamamlayıb: "Biz yaxşı bilirik ki, mövcud status-kvonun qorunması ABŞ üçün qeyri-mümkündür, halbuki biz hələ hərəkətə keçməmişik".
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

