NATO PARÇALANIR?: Bu ölkədə 300 deputat alyansla bağlı QƏRAR VERDİ
İspaniya Deputatlar Konqresinin üzvlərinin əksəriyyəti solçu "Podemos" partiyasının ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirilməsi təklifinin əleyhinə səs verib.
Səsvermə zamanı deputatların böyük çoxluğu alyansda qalmağın tərəfdarı olduğunu nümayiş etdirib.
Xarici KİV-lərin məlumatına görə, alyansdan çıxmaq təşəbbüsünə cəmi 20 deputat "hə" deyib.
Təklifin əleyhinə isə 300 millət vəkili səs verib. Səsvermə zamanı 25 siyasətçi isə bitərəf qalıb.
Qeyd edək ki, səsvermənin nəticələri rəsmi Madridin NATO ilə əməkdaşlığı davam etdirmək strategiyasına sadiqliyini bir daha təsdiqləyib./musavat
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

