Interposta.Info


"Uzun COVİD" OECD ölkələrinə ildə 135 milyard dollar zərər vurur

Dünya
 8-04-2026, 20:46     273

"Uzun COVİD" adlandırılan sindrom təşkilata üzv ölkələrə hər il ümumi daxili məhsulun 0,1–0,2 faizi həcmində, yəni ümumilikdə 135 milyard ABŞ dollarına qədər iqtisadi zərər vurur.
"İnterPosta"xəbər verir ki, "Financial Times" bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) istinadən yazıb.
Bildirilir ki, bu vəziyyət ən azı növbəti on il ərzində davam edəcək. İqtisadi itkilərin əsas səbəbi xəstəlik nəticəsində əmək qabiliyyətinin və iş prosesində iştirakın azalması ilə əlaqələndirilir.
"Uzun COVİD" həkimlər tərəfindən COVID-19-un kəskin mərhələsindən sonra yaranan simptomların məcmusu kimi xarakterizə olunur. Bu simptomlar aylarla davam edə, fasiləsiz, təkrarlanan və ya tədricən ağırlaşan formada müşahidə edilə bilər. Əsas əlamətlər sırasında tənəffüs problemləri, xroniki yorğunluq və koqnitiv funksiyaların zəifləməsi ("beyin dumanı”) göstərilir. Alimlərin məlumatına görə, təkcə ABŞ-da bu sindrom ən azı 18 milyon insana təsir edib.
Qeyd olunur ki, bu araşdırma xəstəliyin dünya iqtisadiyyatına təsirini sistemli şəkildə qiymətləndirən ilk genişmiqyaslı tədqiqat hesab olunur.\qaynarinfo.az
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26