Interposta.Info

ABŞ vətəndaşlarına İranı təcili tərk etmək çağırışı edildi

Dünya
 6-02-2026, 09:55     39 203

ABŞ-ın İrandakı virtual səfirliyi ölkədə olan Amerika vətəndaşlarına İranı dərhal tərk etmələri barədə xəbərdarlıq yayıb.

"İnterPosta" xəbər verir ki, bu çağırış diplomatik nümayəndəliyin rəsmi internet səhifəsində dərc olunub.

Bəyanatda bildirilir ki, ABŞ vətəndaşları gecikmədən ölkədən çıxmalı və Amerika hökumətinin birbaşa dəstəyinə arxalanmadan alternativ çıxış planı hazırlamalıdırlar.

Həmçinin qeyd olunur ki, ABŞ və İranın ikili vətəndaşlığına malik şəxslər ölkədən çıxarkən İran pasportlarından istifadə etməlidirlər. Diplomatlar eyni zamanda amerikalılara etiraz aksiyalarına qatılmamağı, diqqət çəkməməyə çalışmaları və ətraf mühitdə baş verənlərə qarşı ehtiyatlı olmaları tövsiyə ediblər.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26