Interposta.Info

Donald Tramp şatdauna təcili son qoyulmasına çağırdı

Dünya
 6-11-2025, 09:37     49 187

ABŞ Prezidenti Donald Tramp bildirib ki, respublikaçılar dərhal şatdauna son qoymalıdırlar.

"İnterPosta"xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.

"Düşünürəm ki, bu, çox vacibdir: ölkəni açmalıyıq və bunu bu gün etməyin yolu filibaster qaydasını ləğv etməkdir", - deyə o bildirib.

Filibaster parlamentdə səsvermə prosesinin uzadılması üçün istifadə olunur. Bu taktika hətta səs yetərli olduğu təqdirdə belə qanunların qəbul edilməsinə mane olmağa imkan verir. Tramp vurğulayıb ki, yalnız bu prosedurun ləğv edilməsi yolu ilə konqresin illərlə bloklanmasının qarşısı alına bilər.

Daha əvvəl ABŞ Konqresinin Yuxarı Palatası federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini 11-ci dəfə rədd edib. Respublikaçılar Partiyasının Mətbuat Xidmətindən bildirilib ki, sənədi 50 senator dəstəkləyib, 43 senator isə əleyhinə səs verib. Halbuki qanun layihəsinin qəbul edilməsi üçün 60 səs tələb olunub.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26