Interposta.Info

Tramp Zelenski ilə bu dəfə onlayn görüşəcək

Dünya
 13-08-2025, 09:42     21 785

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Jey Di Vens avqustun 13-də Ukrayna lideri Volodimir Zelenski və Aİ liderləri ilə distant formada danışıqlar aparacaq.

"Report”un məlumatına görə, bu barədə NBC xəbər verib.

Görüş iki mərhələdə keçiriləcək: əvvəlcə Aİ Zelenski ilə danışıqlar aparacaq, sonra Amerika nümayəndə heyəti qatılacaq. Daha sonra Zelenski tərəfdaş ölkələrlə ayrıca görüş keçirəcək.

"Danışıqlar Alyaskada keçiriləcək Tramp-Putin sammiti öncəsidir və burada hərbi əməliyyatların dayandırılması müzakirə olunacaq”, - NBC iddia edir.

Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək.

Danışıqların əsas mövzusu Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışıdır. Rəsmi Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26