Interposta.Info

Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib

 

Dünya
 18-06-2025, 17:19     25 180

İranın Natanzdakı atom obyektinin qoruyucu perimetri daxilində radioaktiv fonun bir qədər artdığı qeydə alınıb, lakin bu, əhali və ya ətraf mühit üçün təhlükəli deyil.

"İnterPosta”nın TASS-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi "Bloomberg TV” kanalına müsahibəsində bildirib.

"Natanzda ən çox zərər görmüş obyektin perimetri daxilində kiçik radioaktiv çirklənmə baş verib. Bunun əhaliyə birbaşa ziyanı yoxdur", - o qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26