Interposta.Info

Tbilisidə ticarət mərkəzində güclü yanğın olub - YENİLƏNİB

Dünya
 30-04-2025, 11:54     19 117

Tbilisinin “Vağzal meydanı” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bunu Yanğın-Xilasetmə Baş İdarəsinin rəisi Levan Museliani açıqlayıb.

O bildirib ki, alovun qarşısının alınmasına 30 ədəd yanğınsöndürmə avtomobili cəlb edilib.

İlkin məlumata görə, hadisə mərkəzdə yerləşən ayaqqabı mağazasından başlayıb və qısa müddətdə 15 min kvadratmetrlik ərazini əhatə edib.

Hadisənin səbəbləri araşdırılır.

Fərid Azəri

***

08:50

Tbilisinin "Vağzal meydanı" metro stansiyası yaxınlığında yerləşən geyim bazarında güclü yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub, alovun lokallaşdırılması üçün işlər aparılır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti xəbəri təsdiqləyib./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26