Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başa çatıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Qarabağa səfəri başa çatıb.
Bu barədə “İnterPosta”nın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir.
Qeyd edək ki, səfərin məqsədi diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanışlıq olub.
Bu çərçivədə onlar Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi, Şuşada birinci yaşayış kompleksi və İsa bulağını ziyarət ediblər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26