Interposta.Info

Rubio: ABŞ Ukrayna məsələsi üzrə Rusiya ilə yeni əlaqələr planlaşdırır
 

Dünya
 12-03-2025, 16:56     44 099

Rubio: ABŞ Ukrayna məsələsi üzrə Rusiya ilə yeni əlaqələr planlaşdırır
ABŞ Ukraynada nizamlanma ilə bağlı Rusiya ilə yeni əlaqələr planlaşdırır.

“İnterPosta” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə ünsiyyət ABŞ və Ukrayna arasında Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən görüşün kontekstində növbəti addım olacaq. ABŞ Rusiyadan müsbət cavab almağa ümid edir və "rusiyalıları bütün hərbi əməliyyatları dayandırmağa təkidlə çağırır".

"Bu münaqişənin hərbi həlli yoxdur", - ABŞ dövlət katibi bildirib.

M.Rubio, həmçinin təsdiqləyib ki, martın 11-də aparılan məsləhətləşmələrdə "danışıqlar prosesinin necə görünəcəyi" müzakirə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26