Ermənistan KTMT-yə borcunu ödəməsə, müxtəlif “ssenari”lər nəzərdən keçiriləcək

Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməsə, o zaman təşkilatın üzvü olan dövlətlər müxtəlif “ssenari”ləri nəzərdən keçirə bilərlər.
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
O qeyd edib ki, bununla belə heç bir ölkə təşkilatdan qovulası deyil.
Diplomat qeyd edib ki, gələn ilin yanvarına kimi İrəvanın 2 illik borcu yığılacaq: “Lakin təşkilata üzv başqa ölkələrin də texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub”.
Qeyd edək ki, Ermənistanın KTMT-də iştirakı 2024-cü ilin fevralından dondurulub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26