İranda hərbi təyyarə qəzaya uğradı

İranın Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan vilayətində təlim missiyasını yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində iki pilot yüngül xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26