Interposta.Info

ABŞ Bəşər Əsədin müşaviri olmuş Hərbi Hava Qüvvələrinin rəisini beynəlxalq axtarışa verib
 

Dünya
 23-12-2024, 18:58     25 180

ABŞ Bəşər Əsədin müşaviri olmuş Hərbi Hava Qüvvələrinin rəisini beynəlxalq axtarışa verib
ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisini beynəlxalq axtarış verib.

"Report" xəbər verir ki, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış 1952-ci il təvəllüdlü Jamil Hassan müharibə cinayətlərində ittiham olunub.

ABŞ məhkəmələri tərəfindən Jamil Hassan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Tutularaq ABŞ-a təhvil verilməsi ilə bağlı "İnterpol"a müraciət olunub.

Qeyd edək ki, 2024-cü il dekabrın 9-da Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ Ədliyyə Departamenti Jamil Hassanı "Amerikalılara və digər mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə" ittiham edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26