Tokayev milli iqtisadiyyat nazirini işdən çıxardı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
"İnterPosta"kaztag.kz-ya istinadən xəbər verir ki, bu barədə "Akorda"nın mətbuat xidməti məlumat yayıb.
"Dövlət başçısının sərəncamı ilə Nurlan Serikoviç Baybazarov Qazaxıstan Respublikası Baş nazirinin müavini - milli iqtisadiyyat naziri vəzifəsindən azad edilib", deyə məlumatda qeyd edilir.
Nurlan Baybazarov 2024-cü ilin fevral ayından naş nazirin müavini - milli iqtisadiyyat naziri vəzifəsini icra edirdi.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26