Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub

Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.
"ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - baş katib, Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) – KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib”, - Y.Borq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26