Zelenski Rusiya ilə müharibənin sonunu gətirəcək şərtləri açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşdə enerji infrastrukturu obyektlərinə hücumların qarşılıqlı dayandırılmasının müharibənin sonuna doğru atılan mühüm addım ola biləcəyini qeyd edib.
"Biz birinci sülh sammiti zamanı enerji təhlükəsizliyi ilə bağlı qərar qəbul edilə biləcəyini gördük. Başqa sözlə, biz onların enerji infrastrukturuna hücum etmirik, onlar da bizimkilərə. Bu, müharibənin isti fazasının sonuna gətirib çıxara bilərmi? Düşünürəm ki, bəli," – deyə prezident Zelenski bildirib.
İnterPosta.info xəbər verir ki, məlumatı Qaynarinfo Ukrayna mətbuatına istinadən yayılıb.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26